Tarix filmi pitçinq mərhələsinə yüksəlib

Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb.

Təqdim olunmuş qısametrajlı film layihələrindən 12 bədii, 8 sənədli, 6 animasiya layihəsi pitçinq mərhələsində iştirak hüququ qazanıb.

Pitçinq mərhələsində iştirak edəcək animasiya layihələrinin içərisində "OB FILM" MMC-nin "Tarix" layihəsi də var.

Müsabiqənin Pitçinq mərhələsi 2021-ci ilin aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi Youtube kanalında ictimaiyyətə nümayiş etdiriləcək.