“Açar” filmi Fransada ölkəmizi təmsil edib

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi 29 noyabr – 3 dekabr tarixində Fransada keçirilən, Avropanın nüfuzlu qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalında ölkəmizi təmsil edib.

Film sözügedən festival çərçivəsində Fransanın Aix-en-Provence şəhərindəki kinoteatrlarda nümayiş olunub.

Festivalda filmin quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR) və həmprodüseri Senur Əhədov iştirak edib.