Açar bədii filmi İsveçdə ölkəmizi təmsil edəcək

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii film İsveçdə keçiriləcək 13-cü “SAMA International Film Festival”ının beynəlxalq proqramında finalçılar sırasına seçilib.

Festival caril ilin 08-09 oktyabr tarixlərində İsveçin Stokholm şəhərində keçiriləcəkdir.

Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BEFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran nüfuzlu “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan və daha sonra bir neçə beynəlxalq festivalda ölkəmizi təmsil edən “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

https://www.samaiff.com/festival-2022/international-category-competition