“TARİX” FİLMİNİN İSTEHSALI DAVAM ETDİRİLİR

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində "OB FILM" MMC tərəfindən istehsal olunan "Tarix" qısametrajlı animasiya filminin istehsal prosesi davam etdirilir.

Film birinci Qarabağ müharibəsi dövründə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.

Filmin quruluşçu rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbid, model animatoru Simran Ağayevdir.

"Balaca oğlan" modelinin təqdimat videosunu sizinlə bölüşürük.