“Dönüş” IV ANİMAFİLM-in müsabiqə proqramına seçilib

“OB FILM”in qısametrajlı animasiya filmi layihələrindən olan “Dönüş” (“The turn”) IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramına seçilib.

Cari ilin 20-24 oktyabr tarixləri ərzində baş tutacaq festivalın pandemiya səbəbindən onlayn formatda keçiriləcəyi gözlənilir.

Dönüş - ömür boyu yaşamağın hər cür yollarını axtaran, bunun üçün həyatın hər cür əzabına razı olan, sonda bezib intihar etmək istəyəndə ömründə yeni qapı açılan insan haqqındadır.