İP layihəsi xüsusi mükafata layiq görülüb

“OB FILM”in qısametrajlı animasiya filmi layihələrindən olan “İp” (“The rope”) III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi seçimi” mükafatına layiq görülüb.

İP - insanın bu dünyadakı həyatının asılı olduğu əşyadır. Həmin ipi insan yaşamaq həvəsi ilə özü öz boynuna keçirir. Ömür boyu insanın nəfəsini kəsən bu ip həm də insanı bu dünyada yıxılmağa qoymayan yeganə vasitədir. İnsan yaşa dolduqca həmin ip də yavaş-yavaş süzülməyə başlayır. Və bir gün o ip qırılır. Bununla da ipin digər ucuna bərkidilmiş qapı açılır və insan tapdığı əbədi işığa doğru yol alır...